Su xəttində QƏZA - Bakının bəzi ərazilərində su kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması zamanı problemin daha geniş miqyas aldığı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəzanın həcminin böyük olduğu aşkarlanıb.
Bu səbəbdən təmir işlərinin icra müddəti 8 mart tarixinə qədər uzadılıb.
Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlar, "Vorovski" qəsəbəsi və Nərimanov rayonunun bir hissəsində suyun verilişində fasilə yaranıb.
Qeyd olunub ki, sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...