Su ilə bağlı bu cərimələr artırılacaq? - RƏSMİ
Azərbaycanda sudan və su obyektlərindən qanunsuz istifadə ilə bağlı cərimələrin artırılması gündəmdə deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.
"Biz maraqlıyıq ki, mövcud qanunvericiliklə tənzimlənməyən məsələlər həll olunsun. Sanksiya, inzibati və cinayət məsuliyəti insanları pis əməllərdən çəkindirməyə yönəlib. Əsas hədəfimiz insanları maarifləndirməklə bu əməllərdən çəkindirməkdir. Ancaq gələcəkdə bu tədbirlərdən kimsə nəticə çıxarmayacaqsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vasitələrdən istifadə edəcəyik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Görmə məhdudiyyəti olan şagird məktəbin pəncərəsindən yıxıldı
Anadangəlmə görmə məhdudiyyəti olan məktəbli təhsil aldığı internatda pəncərədən yıxılıb. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə 5 nömrəli Respubl...