“İstədilər ki, atama şər atım” – İşgəncə gördüyü iddia olunan azyaşlı qız – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
8 yaşlı Həcər Zeynallının anası Leyla Quliyeva həyat yoldaşının günahsız olduğunu və qonşularının fikirlərini şər və böhtan adlandırır.
Baku Tv xəbər verir ki, azyaşlının anası qonşuları ilə aralarında ədavət olduğu üçün onlara şər atıldığını deyib.
Leyla Quliyeva - Həcər Zeynallının anası: “Hansı ata öz uşağını tənbeh etmir, vurmur. Yalandan əlinin ucu ilə uşağı vurdu. Amma dursun, əlinə bıçağı alsın, qızdırsın, əlinin üstünə bassın, bu, ağ yalandır, böhtandır. Heç buna özüm icazə vermərəm. Bunu mən necə əzabla böyütmüşəm. Evdə qardaşı ilə oynayanda əlini qaz peçində yandırdı. Mənim yoldaşımla ədavətləri var, yalandan danışırlar”.
Mövcud məsələ ilə bağlı adı hallanan qızın atalığı Əliqulu Quliyev işdə olduğundan onunla telefon əlaqəsi yaratdıq. Əliqulu Quliyev ona qarşı səslənən ifadələrlə qətiyyən razılaşmadığını, uşağın əlini yandırmadığını deyir.
Əliqulu Quliyev - Həcərin atalığı: “Xeyr, qardaş, qonşular yanlış məlumat veriblər. Danışan qız da yalan deyib. Ağzı bağlı olan xanım da yalan danışıb. O heç bizim qonşu da deyil. Mənimlə ədavətləri var, bir neçə ay bundan öncə onların əli ilə kreditlə televizor götürmüşəm. Fəhlə işləyən adamam. Ödədiyim pulun çekini tələb edəndə, mənə o çeki vermədilər. Sonra kredit verən şəxsi tapdım. Bunların da əli həmin puldan çıxdı. Qardaş, onlar uşağı öyrədib danışdırıblar, yalandır”.
Məsələni dəqiqləşdirmək üçün 8 yaşlı Həcər Zeynallı ilə bir az söhbət etdik. O, öyrədildiyini və atalağının ona xəsarət yetirmədiyini deyib.
Həcər Zeynallı - işgəncə gördüyü iddia edilən qız: “Qardaşım Ümidlə oynayanda əlim qaz peçində yandı. Məni onlar öyrətdilər. Mən çəkilişdən qabaq onlara dedim ki, əlim peçdə yanıb, amma onlar belə çəkdilər. İstədilər ki, atama şər atım”.
Qeyd edək ki, məlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət olunduqdan dərhal sonra araşdırmalara başlanılıb. Ögey ata və adı hadisədə hallanan şəxslərin hər biri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb və ekspertiza təyin olunub. Sumqayıt şəhər polis idarəsindən bildirilib ki, azyaşlının işgəncəyə məruz qaldığı iddiası təsdiqini taparsa, məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Arvadının saçını qırxan kişi danışdı: “Xəyanətin cavabı elə olmalıdır” (VİDEO)
Bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar – saçı qırx...