İstanbuldan gələn sərnişində dərman peraparatları aşkarlandı
30
okt
2019
21:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. DGK-dan BAKU.WS-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib. Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatları və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycandan külli miqdarda pul çıxarmaq istədilər - FOTO
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçi...