Bakıda aeroportda şübhəli çanta: Cinayətin üstü açıldı

Bakıda aeroportda şübhəli çanta: Cinayətin üstü açıldı
Hadisə 5635
 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29.900 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Murad Səmədov

BAKU.WS

Oxşar xəbərlər

Külli miqdarda zərgərlik məmulatının ölkəyə gətirilməsinin qarşısı alınıb

Külli miqdarda zərgərlik məmulatının ölkəyə gətirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin...

1859 Hadisə 15:30 08 aprel 2017

Son xəbərlər