İstanbulda azərbaycanlı sürücü küçədə güllələndi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı güllələnib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə gecə vaxtı Küçükçekmecedə baş verib.
Məlumata görə, motosikletlə gələn şəxs işıqfordan dayanan avtomobilə atəş açıb. Silahlı insident nəticəsində sürücü ağır yaralanıb.
Şübhəli şəxslər motosikletlə hadisə yerindən qaçıblar. Sürücünün yanında olan qadın sərnişin isə silahlı hücum zamanı xəsarət almayıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ağır yaralanan sürücüyə ilk tibbi yardım göstərərək, onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Polis əməkdaşları isə ərazidə araşdırmalar edib və motosikletlə qaçan şübhəliləri tutmaq üçün axtarışlara başlayıb.
Oxşar xəbərlər
Bakıda baş verən dəhşətli qətl - sərxoş halda yataq otağına girib... - VİDEO
2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib. BAKU.WS BAKU.TV-yə istinadən xə...