İstanbul boğazında partlayıcı maddə aşkar olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bosfor boğazının İstanbul sahillərinə yaxın hissəsində minaya bənzər obyekt aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Məlumata əsasən, obyekt bu gün səhər saatlarında mülki ticarət gəmisi tərəfindən aşkar edilib. Bunun ardından bölgəyə Türkiyənin Sualtı Müdafiə Qrupları (SAS) göndərilib.
Sözügedən minaya bənzər obyekt SAS qrupları tərəfindən mühafizə olunub və onun zərərsizləşdirilməsi üçün müdaxiləyə başlanılıb.
Araşdırmalar nəticəsində köhnə tip olduğu müəyyən edilən maddə SAS qrupu tərəfindən zərərsizləşdirilib.
Oxşar xəbərlər
Zəngilanda düşmənin körpü altına qoyduğu partlayıcı qurğu aşkarlanıb
2020-ci ilin 29 dekabr tarixində saat 10:00 radələrində Agentliyə Zəngilan rayonu Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə...