İsrail təyyarəsində bomba həyəcanı: havaya iki qırıcı qaldırıldı
ABŞ-ın Nyu York şəhərindən İsrailin paytaxtı Tel Əvivə uçan El Al hava yollarına aid təyyarədə bamba olması barədə həyəcan siqnalı verilib.
BAKU.WS xarici KIV-lərə istinadən xəbər verir ki, təyyarədə şübhəli əşya olması barədə məlumatdan dərhal sonra iki İsveçrə təyyarəsi havaya qaldırılıb. Qırıcılar Tel Əvivə qədər təyyarəni müşayiət ediblər. Təhlükəsiz qaydada təyyarə Tel Əviv hava limanına endirilib.
El Al hava yollları şirkəti hadisə ilə bağlı açıqlama yayıb. Şirkət qeyd edib ki, təyyarədə bomba olması barədə anonim zəngdən sonra həyacan siqnalı verilib. Amma şirkət bomba xəbərinin gerçək olub olmadığını şərh etməyib.
BAKU.WS
Oxşar xəbərlər
İçərisində 81 sərnişinin olduğu təyyarə qaçırıldı
Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb. BAKU.WS-in məlumatına görə, Misirin İsgəndəriyyə şəhərindən paytaxt Qahirəyə gedərkən qa...