Sosial şəbəkələrdə videosu yayılan gənc buna görə döyülübmüş - RƏSMİ AÇIQLAMA

02
noy
2019
11:39
Azərbaycanda yeniyetməyə sillə vurub, təhqir edən şəxs polis bölməsinə çağırılıb.BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən "unikal.org"un sorğusuna cavab olaraq bildirilib.Vurğulanıb ki, sözügedən hadisə ilə bağlı həmin yeniyetmənin atası Bərdə rayon Polis Şöbəsinə müraciət edib.Aparılan araşdırma zamanı yeniyetmənin öz qonşuluqlarında yaşayan ailə barədə qeyri-etik sözlər işlətdiyi müəyyiənləşib. Həmin anı videoya çəkən şəxs də azyaşlını bu formada təhqir edib. Hazırda faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Bərdədə yeniyetmənin alçaldılaraq videoya çəkilməsi ilə bağlı araşdırmalara başlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü ilə bağlı...
