Rusiya vətəndaşının Vilayət Eyvazova müraciəti araşdırılır

25
sen
2019
16:32
Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Rusiya Federasiyasının vətəndaşı Mehman Quliyev respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.BAKU.WS xəbər verir ki, o, müraciətində 41500 dollar vəsaitinin alındığını bildirib.Mehman Quliyev vurğulayıb ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov onu aldadıb və pulunu mənimsəyib.O, şikayətində pulunu istədiyinə görə 10-cu Polis Bölməsinin rəisi tərəfindən təhdid olunduğunu da qeyd edib.Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, pulunun mənimsənilməsi və Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin rəisi tərəfindən təhdid olunması barədə Rusiya Federasiyasının vətəndaşı Mehman Quliyevin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır.“Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”. – deyə Orxan Mansurzadə bildirib.
Oxşar xəbərlər
Vilayət Eyvazov rəisi və müavinini işdən qovdu
Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, ge...
