Bərdə Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub

03
okt
2019
21:51
Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə Rauf Heydərov təyin edilib.R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı
Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazo...
