Sonuncu dəfə anasına göndərdiyi səsdə deyib ki...- Gənc fotoqrafın ölümü ilə bağlı gizlin DETALLAR
Bakıda 39 yaşlı fotoqrafın meyiti Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb. Əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun intihar etdiyi ehtimal olunur. Hazırda Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS xəbər verir ki, E. Zeynalovun əmisi oğlu Səbuhi Zeynalov bununla bağlı musavat.com-a danışıb.
O bildirib ki, əmisi oğlu ikinci qrup əlil imiş və 18 il imiş ki, şiddətli ağrılardan əziyyət çəkirmiş: "Ağrılar onun psixologiyasını pozmuşdu. Dözə bilmirdi. Uzun illər idi ki, müalicələr alırdı, amma faydası olmurdu. Həkimlər ona oturaq sinir diaqnozunu qoymuşdular. Ayağının biri inkişafdan qalmışdı, yeriməkdə çətinlik çəkirdi. Son vaxtlar isə ağrıları şiddətlənmişdi".
S. Zeynalov əmisi oğlunun ana və atası ilə birgə yaşadığını deyib: "Subay idi, ailə ilə birgə qalırdı. İntihar edəcəyini düşünməzdik. Sonuncu dəfə səhər saat 5 radələrində anasına vatsap vasitəsi ilə səs atıb vidalaşıb, deyib ki, halallıq ver. Əmim oğlu bu xəstəliyi hərbi xidmətdə olarkən qazanmışdı. Həmin vaxt sudurqa olmuşdu və komaya düşmüşdü. Elə o zamanlardan xəstəlik ayağında hiss olunmağa başlamışdı".
Oxşar xəbərlər
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...