Sona Quliyeva Romada itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Romada həmyerlimiz Sona Cəmil qızı Quliyeva itkin düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, itkin düşən şəxsin boyu təxminən 165 sm, çəkisi 50 kq, arıq bədən quruluşludur.
Məlumata görə, o, 3 noyabr gecəsi Bakıdan Romaya uçub, hava limanına endikdən sonra "Romaya çatdım" sözləri ilə video paylaşıb. Lakin bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
Artıq 6 gündür ki, Sona Quliyeva ilə əlaqə saxlamaq mümkün deyil. O, nə zənglərə cavab verir, nə də mesajlara. Həmçinin telefonuna zəng çatmır. Məlumata əsasən, o, səfərə səyahət məqsədilə çıxıb.
Qeyd olunur ki, Sona Quliyevanın üzərində böyük məbləğdə pul və telefon olub. Onun itkin düşməsi ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə də məlumat verilib.
Oxşar xəbərlər
Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sənaye müəssisəsi və kommunal infrastruktur obyekti zərər...