Taxta bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Taxta bazarında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Video
Hadisə 12855
Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.17:03Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarında başlayan yanğını söndürmək mümkün olmayıb.Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyevanəın BAKU.WS-ə verdiyi məlumata görə, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib. Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.***15:41Bakının Nərimanov rayonunda, "Baksol" yolunda yanğın başlayıb.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın Dərnəgül yolunda yerləşən taxta bazarında yerləşən bazarın anbarında başlayıb.Ərazidə III çağırışla yanğınsöndürənlər və canlı qüvvə cəlb edilib.Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər