SON DƏQİQƏ: “Azərişıq” ASC-nin üç əməkdaşı güllələndi (YENİLƏNİB)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Masallı rayonunda “Azərişıq” ASC-nin güllələnərək xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.
TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, hadisə ilə bağlı bir müraciət daxil olub.
"Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, körpücük sümüyünün güllə yarası ilə əməliyyat olunub. Hazırda vəziyyəti stabildir", - məlumatda bildirilib.
18:30
Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndində baş verib.
Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.
Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxşar xəbərlər
Ucarda ailə dramı – kişi azyaşlı oğlunun gözü qarşısında arvadını baltaladı
Arvadını baltalayan Ucar rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.BAKU.WS "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəllə...
