Son bir həftədə yaşıllıqlara 13 min manatdan çox ziyan dəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir həftə ərzində Bakıda və İsmayıllıda yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlimat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi, giriş 178 ünvanında və İsmayıllı rayonu, Sədiyan kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 13 min 190 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....