Sökülən şlaqbaum 1 həftə sonra geri qayıtdı - Bu dəfə 5 metr içəridə
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün öncə Bakının Sabunçu rayonunda küçəyə qanunsuz şlaqbaum qoyulması barədə xəbər vermişdik.
Xəbərdən sonra BAKU.WS tərəfindən Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb və ərazidəki qanunsuz çəpərləmənin aradan qaldırılmasına nail olunmuşdu.
Lakin sakinlərin sözlərinə görə, sevinc uzun çəkməyib. Təxminən bir həftə sonra həmin ərazidə yenidən şlaqbaum quraşdırılıb.
Sakin iddia edir ki, bu dəfə şlaqbaum əvvəlki yerdən təxminən 4-5 metr içəridə yerləşdirilib.
Ərazidə yaşayanlar problemin yenidən gündəmə gəlməsindən narazıdır və aidiyyəti qurumların məsələyə təkrar müdaxilə etməsini istəyirlər.
Həmin ünvandan yeni kadrları təqdim edirik:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...