İsmayılovun 165 min manat, 4 ev və 1 ticarət obyektini əlindən aldılar

İsmayılovun 165 min manat, 4 ev və 1 ticarət obyektini əlindən aldılar
Hadisə 1286

Bakıda 165 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.

Oxşar xəbərlər

Bakıda kriminal dəstə vətəndaşı girov götürdü - Saxlanılanlar var

Bakıda kriminal dəstə vətəndaşı girov götürdü - Saxlanılanlar var

Bakıda dələduzluq yolu ilə vətəndaşı girov götürən dəstə üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binə...

3 Hadisə 14:12 27 noyabr 2019

Son xəbərlər