İsmayıllıda dağlıq ərazidə yanğın söndürülüb
31
avq
2021
12:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Oxşar xəbərlər
Qaxda dağlıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB
Qax rayonu, Güllük kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı dağl...