İsmayıllıda avtomobil qəzasında ölən piyada polkovnik-leytenant imiş
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayılda ölümlə nəticələnən yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub.
Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant imiş.
Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
"Toyota" sərxoş piyadanı vuraraq öldürüb
İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. M...