"Toyota" sərxoş piyadanı vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda ailə DRAMI: Onkoloji xəstə olan qayınata kürəkənini qətlə yetirdi – MƏHKƏMƏ
Bakıda qayınatanın kürəkənini qətlə yetirməsi ilə bağlı cinayət işinin motivləri bəlli olub. BAKU.WS oxu.az-a istinadən ötən il baş vermiş qətl hadisəsinin təfə...