İsmayıllıda ana doğuş zamanı ölüb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

İsmayıllıda ana doğuş zamanı ölüb? - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Hadisə 17

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İsmayıllıda qeysəriyyə əməliyyatı edilən ananın həyatını itirməsi barədə açıqlama verib.

BAKU.WS-in məlumatına görə, qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1992-ci il təvəllüdlü, İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Ülviyyə Hacı qızı Əhmədova 23 dekabr saat 10:20-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub:

“Xəstənin əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub. Lakin dekabrın 24-ü səhər saatlarında ölüm faktı qeydə alınıb. Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Onu da qeyd edək ki, meyit təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”.

***11:01

Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş prokurorluğun Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Ülviyyə Əhmədovanın bir gün öncə qeysəriyyə əməliyyatı olunduğu müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova doğum zamanı vəfat edib.

Qeyd edək ki, onun üç övladı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər