TƏBİB-dən doğuş zamanı ölən ana və körpəsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lənkəran Regional Perinatal Mərkəzində ötən gün baş verən ana ölümü barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən oxu.az-a bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Aygün İlham qızı Qurbanzadə vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib:
“Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır”.
Qurumdan qeyd edilib ki, ilyarım ərzində mərkəzdə baş verən üç ana ölümü ilə bağlı şikayətlərə də münasibət bildiriləcək.
***11:52
Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, gecə saatlarında rayonun Kərgəlan kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə olduğu üçün o, Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.
Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər. Onlar körpənin də öldüyünü bildirirlər.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bir neçə ildir ailə həyatı quran A.Qurbanzadənin bu, üçüncü hamiləliyi olub. Daha əvvəl isə onun iki uşağı doğuş zamanı ölüb.
Qalereya
Oxşar xəbərlər
Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra ÖLDÜ
Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə bizim.media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birli...
