İsmayıllı sakini həmkəndlisinin avtomobilini atəşə tutub
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 18-də İsmayıllı rayonunun Namazgah kəndi ərazisində kənd sakini Q.Mürsəlovun ov tüfəngindən açdığı atəşlə həmkəndlisi F.Mirzəzadəyə məxsus “LADA-21214” markalı avtomobilə qismən ziyan vurması barədə RPŞ-yə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən xuliqanlığı törətməkdə şübhəli bilinən Q.Mürsəlov saxlanılmış və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Qonşusunun itini öldürən kişi həbs edildi
Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Mor...