Siyəzəndə ər və arvad dəm qazından ölüb
02
mar
2023
08:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin S. Xeyrullayev 63 ünvanında baş verib.
Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.
Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 10 nəfər dəm qazından zəhərləndi
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşa...