Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 14-ü günorta saatlarında Siyəzən rayonunda dağlıq ərazidə yanğın başlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın rayonun Dərəzarat kəndi yaxınlığında qeydə alınıb, kol-kos və quru otluq ərazini əhatə edir.
Əraziyə yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və yanğınsöndürən maşınlar cəlb olunub.
Amma yanğın baş verən ərazi çətin dağlıq relyefə malik olduğu üçün yanğınsöndürən maşınları söndürmə prosesinə cəlb etmək mümkün deyil. Bu səbəbdən hazırda yanğın yanğınsöndürənlər və yaxın kəndlərin sakinlərinin köməyi ilə söndürülür. Artıq yanğın nəzarətə götürülüb və genişləndirilməsinin qarşısı alınır.
Oxşar xəbərlər
Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prose...