Siyəzəndə 5 nəfər zəhərlənib, bir nəfər ölüb
09
iyl
2022
22:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzəndə 5 nəfər zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Digər şəxslərə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Ağstafada 40 yaşlı kişi küçədə keçmiş arvadını zorladı - TƏFƏRRÜAT
Ağstafa rayonunda 1982-ci il təvəllüdlü Rahib keçmiş arvadı, 1985-ci il təvəllüdlü Samirəni döyüb, sonra da təcavüz edib. BAKU.WS “demokrat.az”a istinadən xəbər...