Azərbaycanda dörd oğlan qızı qaçırıb zorladı

Azərbaycanda dörd oğlan qızı qaçırıb zorladı
Hadisə 10359

Qız qaçırmaqda və zorlamada təqsirli bilinən Balakən rayon sakinləri - 1988-ci il təvəllüdlü Rahib Dibirov, 1995-ci il təvəllüdlü Elşən Hacıyev, 1993-cü il təvəllüdlü Tural Hacıyev və 1988-ci il təvəllüdlü Famil Həbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, Rahib Dibirov, Elşən Hacıyev, Famil Həbilov və Tural Hacıyev qabaqcadan əlbir olaraq 22 fevral 2016-cı ildə Balakən rayonunun Tülü kənd sakini Fidan Məmmədovanı (ad və soyad şərti verilib - H. Z) Rahiblə evləndirmək məqsədilə qaçırıblar.

Onlar "VAZ-2107” markalı avtomobillə Fidan Məmmədovanın yaşadığı Tülü kəndinə gəliblər.

Elşən Hacıyev və Tural Hacıyev kəndin avtobus dayanacağında mikroavtobus gözləyən Fidan Məmmədovanın qolundan tutaraq avtomobilə əyləşdiriblər.

Rahib Dibirov Fidanı Balakən rayonunun Bedağar kəndində yaşayan qohumları Cahangir Şabanovun evinə gətirib. Həmin gün Rahib Dibirov Fidan Məmmədova ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə Rahib Dibirov qızın olduğu otağa  girib. O, zorla qızla cinsi əlaqədə olub.

Ev sahibi Cahangir Şabanov evə gələndən sonra qohumunun qız qaçırdığının şahidi olub və onları onları evdən çıxarıb. Rahib Dibirov və dostları cinayət əməllərini davam etdirərək Fidan Məmmədovanı saat 17 radələrində Elşən Hacıyevin babasına məxsus Balakən rayonunun Gərəkli kəndində yerləşən evinə gətiriblər. Həmin gün saat 20.00 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşlarının köməkliyi ilə Fidan Məmmədova azad edilib.

Rahib Dibirov Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə, Elşən Hacıyev, Famil Həbilov və Tural Hacıyev isə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham ediliblər.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rahib Dibirov bildirib ki, Fidanı sevib və onunla ailə həyatı qurmaq istəyib: 

O həmçinin qeyd edib ki, Fidanla könüllü cinsi əlaqədə olub.

"Mən Fidanı sevirəm və onunla ailə həyatı qurmağa hazıram. Zərərçəkmiş şəxsin məni sevib-sevmədiyini dəqiq deyə bilmərəm. Ancaq zərərçəkmiş şəxslə zorla cinsi münasibətdə olmamışam. Zərərçəkmiş şəxs əvvəllər şikayətçi olmayıb. O, ailəsinin təkidi ilə məndən şikayət edib. Fidanın üzərində olan xəsarətlər ola bilsin ki, onu qolundan dartaraq avtomobilə otuzduranda əmələ gəlib”.

Zərərçəkmiş Fidan Məmmədova isə bildirib ki, Rahib onunla zorla cinsi əlaqədə olub.

"Rahib qolumdan tutaraq zorla məni otağa apardı. Həmin otaqda yerdə üzsüz döşək olub. Rahibin mənimlə cinsi əlaqədə olmaq istədiyini anladım. Otaqdan çıxmaq istədim. Rahib qolumdan tutaraq məni döşəyin üstünə uzatdı. Qaçmaq istədiyimdən Rahibə cinsi əlaqədə olmazdan əvvəl hamama girərək yuyunmaq istədiyimi dedim. Özlüyümdə hamama girən zaman vaxt qazanacağımı, qaçmaq üçün bir yol tapacağımı fikirləşdim. Rahib məni yuyunmaq üçün hamama getməyimə icazə vermədi, zorla məni soyundurdu. Rahib soyunaraq üstümə uzandı. Rahibin altından çıxmağa çalışaraq qışqırdım. Həyətdə olanlar isə qapını döyəclədilər ki, səsim ətrafa yayılmasın. Rahib hər iki qolumdan tutaraq zorla mənimlə cinsi əlaqədə oldu”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Dibirov 8 il 6 ay, Elşən Hacıyev 5 il, Tural Hacıyev 5 il, Famil Həbilov 5 il müddətinə azadlıqdan məhrum  ediliblər.

Təqsirləndirilən şəxslər hökmdən narazı qalaraq apelyasiya şikayəti veriblər. 

Apelyasiya şikayəti hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Tərəflərin şikayətlərini dinləyən hakimlər sonda qərar elan ediblər. Qərara görə, prokurorluğun protesti təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Rahib Dibirov 10 il, Elşən Hacıyev, Tural Hacıyev və Famil Həbilov isə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər