Siyəzənda qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır
08
iyl
2025
11:14
Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən "Beşbarmaq" piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Oxşar xəbərlər
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınlar başlayıb. Bu barədə B...