Siyavuş Aslanın oğlu vəfat edib - Nəşini təhvil alan yoxdur
05
may
2023
23:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, o, 5 gün öncə dünyasını dəyişib.
Məlumata görə, hazırda onun nəşi Sabunçu Tibb Mərkəzinin morqundadır və 5 gündür ki, Ç.Aslanovun cənazəsini təhvil alan yoxdur.
Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
Oxşar xəbərlər
2022-ci ilin ən səs-küylü ölümləri - Azərbaycanlı məşhurlar haqda bilmədikləriniz - FOTO
2022-ci il həm də Azərbaycanın mədəniyyət və incəsənət aləmində kədərli hadisələrlə yadda qaldı. Bir çox tanınmış Xalq artistləri, Əməkdar artistlər dünyasını d...