Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Hadisə 98

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 24 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Avtoxuliqanlıq edən şəxslər saxlanılıb - FOTO

Avtoxuliqanlıq edən şəxslər saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkild...

203 Hadisə 10:33 14 mart 2022

Son xəbərlər