Polisdən xüsusi əməliyyat - dilənçilər saxlanıldı

Polisdən xüsusi əməliyyat - dilənçilər saxlanıldı
Hadisə 314

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, tədbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinı gətirilib və onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər