Şirvanda saxta pul ƏMƏLİYYATI
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, polis əməkdaşları şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirib.
Adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.
Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.
Faktla əlaqədar cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....