Şirvanda bıçaqlanma: 1 nəfər ölüb, 2 nəfər yaralanıb - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar - 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
"Report" xəbər verir ki, mübahisə zəminində tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.
Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiq ediblər.
Lent.az məlumat verir ki, cinayət hadisəsini törədən və zərərçəkən Qarabağ qaziləridir.
Belə ki, hadisəni törədən Qəmbər Salayev və yaralanan Nəsrəddin Abışov Vətən müharibəsində iştirak ediblər.
Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...