Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var
25
apr
2026
13:53
Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.
Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4 uşaq anası olan...