Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi

Şirkətin pulunu mənimsəyən ekspeditor məhkəmə zalında həbs edildi
Hadisə 55

Siyəzən Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nihad Mayılovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Mayılov bir il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Nihad Mayılov qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan MMC-lərin birində satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib. O, Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 2 mart 2022-ci il tarixindən 1 avqust 2023-cü il tarixinədək olan müddət ərzində öz sifarişi ilə şirkətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alıb. Sonra Nihad həmin məhsulları Siyəzən rayonunun ərazisindəki MMC ilə ticarət münasibətlərində olan obyektlərə sataraq əldə olunmuş 31 235.93 manat məbləğində pulu mənimsəyib.

Son xəbərlər