Sirkədən zəhərlənən jurnalist evə buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə aparılıb.
Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub.
Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilib. Artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib.
Oxşar xəbərlər
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
Düşmənə qarşı həm qələmi, həm də süngüsü ilə döyüşən jurnalistin səhhəti kritikliyini qoruyur. BAKU.WS xəbər verir ki, məşhur jurnalist, 44 günlük Vətən müharib...