Siqaret çəkən 26 nəfər cərimələnib
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktik tədbir keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 26 nəfər barəsində inzibati protokol tərtib olunub.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən inzibati ərazidə hüquqpozmalara qarşı keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində qanunsuz ağackəsmə faktı, Xırmandalı kəndi ərazisində isə 1 nəfərin qanunsuz ov etməsi aşkarlanıb.
Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Oxşar xəbərlər
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir tiktoker saxlanılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Masallı rayon sakini Samirə...