Şikayətçi: Qonşunun qazıntısı və yağış suları evimi bu hala saldı
Bakı şəhərinin Yasamal rayonunda yerləşən Əlibaba Abdullayev küçəsi, ev 3 ünvanında yaşayan sakin ciddi təhlükə ilə üzləşdiyini bildirir.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə ev sahibi Namiq Əliyev məlumat verib.
Sakinin sözlərinə görə, qonşuluqda aparılan qeyri-qanuni təməl qazıntısı nəticəsində onun evi qəzalı vəziyyətə düşüb.
İddia olunur ki, yaxınlıqda aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb və bu, torpaq sürüşməsi riskini artırıb. Üstəlik, son günlər yağan güclü yağışlar vəziyyəti daha da ağırlaşdıraraq evin konstruksiyasına ziyan vurub.
Sakin məsələ ilə bağlı artıq 26-cı Polis Bölməsinə müraciət etdiyini bildirib.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
"Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab
Bakının mərkəzində yaşıllıq zolağının məhv edilməsi ilə bağlı iddialara "Premium Residence" MTK-dan münasibət bildirilib. BAKU.WS xəbər verir ki, şirkətdən Oxu....