Şuşa döyüşlərində ağır yaralanan qazi vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsi iştirakçısı Mirdavud Tahirov dünyasını dəyişib.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Mirdavud Tahirov Şuşa döyüşlərində ağır yaralanıb. O, 2 ildən artıq idi müalicə olunurdu.
Aldığı müalicələrə baxmayaraq, dünyasını dəyişən M.Tahirov doğulduğu Astara rayonu Pensər kəndində dəfn edilib.
Qeyd edək ki, Mirdavud Asəm oğlu Tahirov Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olub. Vətən Müharibəsi başlayanda o təhsili yarımçıq qoyub müharibəyə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib. M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Oxşar xəbərlər
2022-ci ilin ən səs-küylü ölümləri - Azərbaycanlı məşhurlar haqda bilmədikləriniz - FOTO
2022-ci il həm də Azərbaycanın mədəniyyət və incəsənət aləmində kədərli hadisələrlə yadda qaldı. Bir çox tanınmış Xalq artistləri, Əməkdar artistlər dünyasını d...