Şirvanda "patı" satan 5 nəfər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Yusif Hüseynzadə, Daxıl Hüseynov, Zakir Məmmədov, Kamal Cəfərov və Tacir Əliyev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə "patı" satışı ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb e...