Şirvanda körpə doğuş zamanı ÖLDÜ - YENİLƏNİB

TƏBİB Şirvanda körpənin doğuş zamanı ölməsi faktına münasibət bildirib.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2001-ci il təvəllüdlü Sabirabad rayonu, Məmişlər kənd sakini 39-40 həftəlik hamilə 08.08.2022-ci il tarixində saat 23:00-da çəkisi - 3 kq 650 qr, boyu 53 sm olan kişi cinsli ölü döl dünyaya gətirib.
“Doğuş yollarında dölün tələf olması (hipoksiya) qeydə alınıb”, - vurğulanıb.
*** 11:19
Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib.
Ailə üzvlərinin bildirdiyinə görə, körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ölmüş körpəni qaçırmaqda ittiham olunan həkim: “Uşaq vaxtında doğulmuşdu, ölməməliydi” - YENİLƏNİB
26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırmaqda ittiham olunan pediatr Nigar Şahbazova açıqlama verib. BAKU.WS xəbər verir ki, o, Bizim...