Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.
Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.
Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.
Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.
Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
***10:53
Şirvanda ana və övladının meyiti aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan ana və övladının cansız bədəni yaşayış binasının qarşısında aşkarlanıb.
Onların hansı səbəbdən öldüyü hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda dəhşətli cinayət: “Dedi ki, gözəl-göyçək arvadın var...” - ŞOK TƏFƏRRÜAT
Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red...