Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda bir həftə əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, noyabrın 28-də Şirvan sakini idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızını vurub.
Ağır xəsarətlər alan piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, daha sonra paytaxdakı özəl klinikalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər alan 58 yaşlı qadın bu gün səhər saatlarında keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda avtomobil 58 yaşlı qadını vurdu
Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şirvan...