İşgəncə verilən güneyli qız intihar edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranda işgəncə verilən güneyli Yəlda Ağafəzli intihar edib.
“Azad İran” “Telegram” kanalı məlumat yayır ki, o, Tehranın Qərçək zindanında saxlanıldığı zaman fiziki və psixoloji təzyiqlərlə üzləşib.
Əslən Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa həbsxanadan buraxıldıqdan sonra intihar edərək həyatına son qoyub.
Noyabrın 12-də dəfn mərasimi keçirilən gəncin ailəsinə basqı edildiyi, yas mərasiminin məhdud sayda insanla və səssiz keçirilməsi barədə xəbərdarlıq edildiyi və mərasimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında təşkil olunduğu qeyd edilir.
Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik idarəsinin təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Noyabrın 11-də intihar edən gəncin həbsxanada qarşılaşdığı zorakılıq və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.
Oxşar xəbərlər
Keçmiş müstəntiq: “Zakir Qaralov və Rüstəm Usubov cinayətkar dəstənin ən aktiv üzvü idi”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi...