İşğaldan azad edilmiş bu kənddə narkotik plantasiyaları aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyaları aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdamın Sırxəvənd kəndinə narkotik plantasiyaları aşkarlanıb. Ərazidə həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat tapılıb. Terrorçular avtomatlardan ərazinin mühafizəsi üçün istifadə edib.
Elşad Hacıyev ərazinin xüsusi nəzarətlə mühafizə olunduğunu bildirib.
Oxşar xəbərlər
Abşeronda “Kalaşnikov” avtomatı ilə sərbəst gəzənləri polis saxladı - VİDEO
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiri...