Şərurda ağır yol qəzası olub, ölən və xəsarət alan var
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun xəbərinə görə, Xanlıqlar kəndində Naxçıvan şəhər sakini Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75 BH 565 nömrə nişanlı "Lifan" markalı avtomobil yol kənarında dayanan, Türkiyə vətəndaşı Cuma Ali Üzümcünə məxsus 27 AMP 616 nömrəli yük maşınına çırpılıb.
Hadisə nəticəsində “Lifan”ın sürücüsü ağır yaralanıb, sərnişin Əhmədova Sevda Məşdi qızı hadisə yerində ölüb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...