Şəmkirdə Kür çayında batan ana və övladlarının meyiti tapılıb - YENİLƏNİB

Şəmkirdə Kür çayında batan ana və övladlarının meyiti tapılıb - YENİLƏNİB
Hadisə 1

Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.

Eyni zamanda Kür çayında batanların anaları - 1985-ci il təvəllüdlü Günay Valeh qızı Kərimova da Kür çayında boğularaq dünyasını dəyişib. Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***18:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər