Şəmkirdə avtobus qəzasında yaralananlar tikintidə çalışan fəhlələr olub - VİDEO

08
may
2019
18:36
Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.Bunu BAKU.WS-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.Qurum sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış:"20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstəri. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Oxşar xəbərlər
Bakıda mikroavtobus qəzaya uğradı: yaralılar var (YENİLƏNİB)
Qəzaya uğrayan avtobus Beynəlxalq Daşınmalarda iştirak edən “Araz trans” şirkətinə məxsus “Mercedes” markalı iritutumlu avtobusdur.Bu barədə Dövlət Avtomobil Nə...
