Şəmkirdə 26 yaşlı gənc yol qəzasında olub
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Könüllü kəndi ərazisində "VAZ" markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobillə toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda avtobus qəzaya uğradı - YENİLƏNİB - FOTO
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb. "Hyundai" və "...